Boks üzrə Azərbaycan çempionatında 2-ci günün döyüşləri keçirilib.


Rekord.az Boks Federasiyasına istinadən xəbər verir ki, 33 komandanın qatıldığı yarışda 24 görüş baş tutub.


50 kq, 55 kq, 75 kq və +90 kq çəki dərəcələrində 1/4 finala yüksələn boksçular müəyyənləşib. Mərhələ adlayanlar sırasında yığmanın üzvləri Nicat Hüseynov, Zəlimxan Süleymanov və Amin Məmmədzadə də yer alıb. Həmçinin, kişilər arasında Azərbaycan çempionatında debüt edən Zidan Hünbətov, Abbasqulu Şadlinski və Səbuhi Əlizadə ilk görüşünü qələbə ilə başa vurublar.


Azərbaycan çempionatı

1/8 final


50 kq


Kənan Babayev (MOİK) – Rinat Qiyasov (DİN İC) – 4:1


Ayaz Tağızadə ("Qızıl əlcək" İK) – Ucal Musayev (Naxçıvan MR) – 2:3


Amin Nuri ("Zərbə" BK) – Yadigar Əliyev ("Səbail" İK) – ikinci ilk raundda tam üstünlüklə qalib gəlib


55 kq


Nicat Hüseynov ("Neftçi" İK) – Həsən Həsənli (MOİK) – 5:0


Fərid Amanov (BFL) – Mətin Məmmədov ("Zabit Səmədov" DM) – 2:3


Fərid İsmayılzadə ("Qızıl əlcək" İK) – Dursun Nağıyev ("Qızıl əlcək" İK) – 4:1


Əli Bünyatov ("Qızıl əlcək" İK) – Zidan Hünbətov ("Dəmir Yumruq" BİK) – ikinci rəqibi son raundda döyüşdən imtina etdiyi üçün qalib elan olunub


Zəlimxan Süleymanov (MOİK) – Hüseyn İbrahimov (AzTU) – birinci ikinci raundda tam üstünlüklə qalib gəlib


Əli Hüseynov ("Roman" İK) – Həsən Məlikov ("Neftçi" İK) – 0:5


Tural Sarıyev ("Neftçi" İK) – Elbrus Kərimli (Naxçıvan MR) – 5:0


Faiq Mollayev (MOİK) – Amin Məmmədzadə ("Qızıl əlcək" İK) – 0:5


75 kq


Orxan Mehdizadə ("Zabit Səmədov" DM) – Abbasqulu Şadlinski ("Dəmir Yumruq" BİK) – ikinci nokautla qalib gəlib


Taleh Nağıyev ("Azsport" İK) – Ələkbər Verdiyev (888 BK) – ikinci ilk raundda tam üstünlüklə qalib gəlib


Usif Abdullayev (AzTU) – Nurlan Malikov (Sumqayıt) – 0:5


Nicat Namazov (AHİTA) – Minad Seyidov ("Neftçi" İK) – 1:4


Daniel Xolostenko ("Neftçi" İK) – Əyyub Allahquliyev ("Zabit Səmədov" DM) – 2:3


Novruzəli Quliyev (MOİK) – Hacı Hüseynov (BFL) – birinci ikinci raundda tam üstünlüklə qalib gəlib


Vüsal Verdiyev (Gəncə) – İslam Əliyev ("Qızıl əlcək" İK) – 5:0


Orxan Cavadlı ("Roman" İK) – Rasim Çobanlı (DİN İC) – birinci döyüşə gəlməyib


+90 kq


Batraz Mildzoxov (ABF) – Ənnağı Heydərov (BFL) – ikinci döyüşə gəlməyib


Mirxəyal Məmmədov (Gəncə) – Şirxan Məmmədov ("Neftçi" İK) – ikinci zədələndiyi üçün həkimlər döyüşü saxlayıb, birinci qalib elan olunub


İbrahim Cəfərov (AzTU) – Əhməd Mustafayev (Z-1 İK) – birinci döyüşə gəlməyib


Ələkbər Ələkbərov ("Cənub" BK) – Teymur Aslanov (DİN İC) – ikinci zədələndiyi üçün həkimlər döyüşü saxlayıb, birinci qalib elan olunub


İqbal Rzayev (AHİTA) – Səbuhi Əlizadə (Gəncə) – birinci zədələndiyi üçün həkimlər döyüşü saxlayıb, ikinci qalib elan olunub


Qeyd edək ki, çempionatın III günündə daha 24 görüş olacaq. Boks Mərkəzində keçirilən birinciliyə yanvarın 28-də yekun vurulacaq.