
Azərbaycan boksçusu DÇ-də almaniyalı rəqibinə qalib gəldi
- 08 Sen 2025 20:00
- 45
Azərbaycan boksçusu Alfonso Dominqes (90 kq) İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Rekord.az xəbər verir ki, idmançı 1/8 finalda Yasse Kisslə (Almaniya) üz-üzə gəlib.
O, rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Dominqes yekunda 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
O, 1/4 final görüşünə sentyabrın 10-da çıxacaq.
Azərbaycan millisinin daha 4 boksçusu 1/8 final döyüşünə çıxacaq.