Azərbaycan boksçularının ilk rəqibləri məlum oldu
- 2022-09-14 14:15
- 456
Serbiyanın Subotitsa şəhərində gənc oğlan və qız boksçular arasında keçiriləcək beynəlxalq turnirin püşkü atılıb.
Rekord.az xəbər verir ki, bu gün start götürəcək yarışda Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.
Komandamızın heyətində turnirin ilk günündə rinqə 6 boksçumuz çıxacaq.
Yarışda 21 ölkədən 189 (141 oğlan, 48 qız) idmançı qüvvəsini sınayacaq. Azərbaycan millisi oğlanların mübarizəsində gücünü yoxlayacaq. Turnirin qaliblərinin adına isə sentyabrın 18-də aydınlıq gələcək.
14 sentyabr
1/16 final
Rza Rzazadə (75 kq) – Yeqor Yeqorov (Qazaxıstan)
1/8 final
Amin Məmmədzadə (51 kq) – Usman Ansari (Hindistan)
Nadir Məlikov (57 kq) – Uralbek Abdıkadırov (Qazaxıstan)
Səid Abdullayev (63,5 kq) – Prit Malik (Hindistan)
Daniel Xolostenko (71 kq) – Anke (Hindistan)
1/4 final
Səbuhi Əlizadə (+92 kq) – Mikita Maliuta (Ukrayna)
15 sentyabr
1/8 final
Tacı Tağızadə (60 kq) – Anşul (Hindistan)
Sənan Hətəmov (67 kq) – Ruslan Şaxar (Qazaxıstan)
1/4 final
Məmməd Quliyev (92 kq) – Ruslan Artişçenko (Ukrayna)
16 sentyabr
1/4 final
Kənan Babayev (48 kq) – Tali Taba (Hindistan)
Fətəli İsmayılov (80 kq) – Denis Dahl (Norveç)
Rəşid Məmmədov (86 kq) – Camal Quliyev (Ukrayna)
Qeyd edək ki, turnirdə iştirak dünya birinciliyinə hazırlıq xarakteri daşıyır.