
Azərbaycan boksçularından Rusiyada 8 qızıl medal
- 02 İyn 2025 13:40
- 79
Azərbaycan təmsilçiləri Rusiyanın Belebey şəhərində məktəbli boksçular arasında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş beynəlxalq turnirdə 8 qızıl medal qazanıblar.
Bu barədə Rekord.az-a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Komandanın heyətində Onur Qurbanov (38 kq), Babək Abdullayev (40 kq), Məhəmməd Kazımzadə (42 kq), Elcan Musazadə (50 kq), Məhəmməd Əli (52 kq), Amid Ələkbərov (60 kq), Sərxan Haqverdiyev (63 kq) və Yusif Ağakişiyev (80 kq) qalib adına yiyələnib.