Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda 3 bürünc medal qazanıblar.


Rekord.az xəbər verir ki, yarımfinalda rəqiblərinə uduzan təmsilçilərimiz üçüncü yerlə kifayətləniblər.


Sübhan Mamedov (50 kq) Sanjar Taşkenbaya (Qazaxıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Luis Qabriel du Naskimentoya (Braziliya), Məhəmməd Abdullayev (+90 kq) isə Aybek Oralbaya (Qazaxıstan) uduzub.


Sabah yekunlaşacaq Dünya Kubokuna 30 ölkədən 300-dək boksçu qatılıb.