Azərbaycan boksçuları üçün Polşa sınağı
- 07 Noy 2022 14:14
- 494
Noyabrın 9-da Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.
Rekord.az xəbər verir ki, 5 gün davam edəcək yarışda milli 13 idmançı ilə təmsil olunacaq.
Yığmanın məşqçilər korpusu yarışda Məsud Yusifzadə (51 kq), Ruslan Qədirov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Əliyev, Alfonso Dominqes (hər ikisi 86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.
Bu gün Polşaya yollanan boksçular noyabrın 14-də Vətənə dönəcək.
Yarışın püşkü noyabrın 8-də atılacaq.