
Azərbaycan boksçuları Gürcüstan millisi ilə birgə hazırlığa başlayıblar
- 04 Mar 2025 19:00
- 268
Azərbaycanın yeniyetmə boksçulardan ibarət millisi Gürcüstan yığması ilə birgə hazırlığa başlayıb.
Rekord.az xəbər verir ki, Vaqif Kazımovun baş məşqçisi olduğu komanda Qori şəhərində təlim-məşq toplanışı keçir.
Gürcüstan yığması ilə birgə hazırlıqda 22 boksçumuz iştirak edir. Məşqlər martın 15-də başa çatacaq və yığma ertəsi gün Bakıya qayıdacaq.