
Azərbaycan Boks Federasiyası “World Boxing”ə üzv olub
- 18:00
- 38
Azərbaycan Boks Federasiyası (ABF) "World Boxing"ə üzv olub.
Rekord.az bu barədə ABF-nin mətbuat xidmətinə istinadən məlumat verir.
Beynəlxalq federasiya üzvlüyü bu gün təsdiqləyib.
"World Boxing" (Dünya Boksu) 2023-cü il aprelin 13-də yaradılıb. Qurum Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınıb və Yay Olimpiya Oyunlarında boksa cavabdehlik daşıyır.