Fevralın 11-də gənclər arasında boks üzrə Azərbaycan birinciliyinə start veriləcək.

Rekord.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 50 komandanın 176 oğlan boksçusu qatılacaq. Fevralın 11-də döyüşlər saat 15:00-da, digər 5 gündə saat 14:00-da başlanacaq. Qaliblərin adına isə fevralın 16-da aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, birinciliyin baş hakimi Etibar Alıyev olacaq.