20 və 23 yaşadək gənclər arasında keçirilməli olan ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi təxirə salınıb.

Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Buna Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrin 50 hərbi qulluqçusunun şəhid olması səbəb olub.

Yarışın nə vaxt və harada təşkil olunacağı hələlik bəlli deyil.

Azərbaycan birinciliyi 15-16 sentyabrda baş tutmalı idi.