
Azərbaycan Basketbol Liqasında yeni mövsümə start verildi
- 21:34
- 35
Azərbaycan Basketbol Liqasında 2025/2026 mövsümünə start verilib.
Rekord.az xəbər verir ki, günün yeganə matçında son çempion "Sabah" "Neftçi"yə qalib gəlib - 86:75.
Qarşılaşma Bakı İdman Sarayında baş tutub.
Tura oktyabrın 2-də yekun vurulacaq.