
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının növbəti iclası keçirilib
- 05 Avq 2025 17:00
- 52
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, qurumun vitse-prezidenti Firdovsi Umudovun rəhbərliyi ilə baş tutan hesabat xarakterli toplantıda milli komandaların məşqçiləri ilə yanaşı, həkim və inzibati heyətin digər əməkdaşları iştirak ediblər.
İlk olaraq İspaniyanın paytaxtı Madriddə keçirilmiş U-15 və yeniyetmələrin Avropa birinciliyinin yekunlarına dair məşqçilərin hesabatı dinlənilib. U-15 və yeniyetmələrdən ibarət yığmaların heyətində yer alan atletlərin nəticələri və fərdi inkişaf dinamikası ayrı-ayrılıqda nəzərdən keçirilib. Daha sonra idmançıların qidalanması və reabilitasiyası ilə bağlı həkim heyətinin rəyi öyrənilib.
İclasda həmçinin yığma komandaların planlaşdırılan təlim-məşq toplanışları ilə bağlı konkret tapşırıqlar verilib. Hazırlıqların təşkilində məqsəd ilin vacib yarışlarına (VI İslam Həmrəyliyi Oyunları, dünya çempionatı, gənclərin Avropa birinciliyi) yollanacaq heyətin formalaşdırılmasıdır.
Toplantının sonunda federasiyadaxili cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.