Azərbaycan ağırlıqqaldıranı İslamiadanı üç medalla başa vurdu
- 20:30
- 44
Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov (79 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarını 3 medalla başa vurub.
Rekord.az xəbər verir ki, birdən qaldırmada 155 kq-ın öhdəsindən gələrək ikinci yeri tutan milli üzvü daha iki mükafat əldə edib.
O, təkanla qaldırmada 190 kq nəticə ilə üçüncü olub. Təmsilçimiz toplamda isə 345 kq nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Daha əvvəl Nuray Əbilova (48 kq) 3 bürünc, İsa Rüstəmov (71 kq) isə 1 gümüş və 2 bürünc mükafata yiyələnib.