AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın 32-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olnuub:


“Kəpəz” – “Zirə” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Kəpəz” klubu 1000 manat cərimə edilib.


“Səbail” – “Araz-Naxçıvan” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Səbail” klubu 700 manat cərimə edilib.


“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilib.


“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilib.