
Azarkeşlər etiraz etdi, Rusiya klubu ilə oynamaqdan imtina etdi
- 20 Yan 2023 19:00
- 436
Dubayda təlim-məşq toplanışında olan Bolqarıstan "Levski"si ilə Moskva "Spartak"ı yoxlama görüşündə üz-üzə gəlməyi planlaşdırsa da, qarşılaşma baş tutmayacaq.
Rekord.az xəbər verir ki, buna səbəb bolqar azarkeşlərin komandalarının Rusiya klubu ilə qarşılaşmasına etiraz etməsi olub.
Etirazların artdığını görən "Levski" rəhbərliyi bu görüşdən imtina etməyə qərar verib. Bolqar azarkeşlərinin etirazının əsas səbəbi isə Rusiyanın Ukrayna ərazisini işğal etməsidir.