"Milan"ın radikal azarkeşləri komandanın qapıçısı Canluici Donnarumma ilə görüşüblər.

Rekord.az  "Sky Sports Italia"ya istinadən xəbər verir ki, fanatlar klubun bazasına gəlib və azad agent qismində "Yuventus"a keçəcəyi deyilən qolkiperə qarşı tələb irəli sürüblər.

Bu, dünən baş tutan "Milan" - "Benevento" oyunundan bir beçə saat əvvəl olub. Öncə klub onların istəyini geri çevirsə də, yekunda Donnarumma azarkeşlərin qarşısına çıxıb. Tərəfdarlar əlcək sahibindən ya gələn həftə "Milan"la yeni anlaşma imzalamasını, ya da mayın 9-da "Yuventus"la çempionat oyununa çıxmamasını tələb edərək geri qayıdıblar.