
Ayxan Abbasovun kənarlaşdırdığı şəxs yenidən "Sumqayıt"a işə döndü
- 14 Sen 2022 17:00
- 611
Uzun illər "Sumqayıt"ın tibb personalında çalışan, eyni zamanda inzibatçı kimi də fəaliyyət göstərən Elçin Gülverdiuyev yenidən doğma klubuna geri dönüb.
Rekord.az xəbər verir ki, Elçin bəy demək olar, klub yaranandan burada çalışır.
Lakin Ayxan Abbasov "Sumqayıt"a baş məşqçi təyin olunanda Gülverdiyevi əsas komandadan kənarlaşdırmış, onun yerinə "Zirə"dən tanıdığı şəxsi gətirmişdi. Məhz bu səbəbdən Elçin bəy uzun müddət idi işsiz idi. Abbasovun gedişindən sonra bu şəxs yenidən doğma klubuna qayıdıb. Lakin bu dəfə əsas komandada yoxI, klubun futbol akademiyasında fəaliyyətini davam etdirəcək.