
"Ayntraxt"ın baş məşqçisi 0:2-ni yaxşı nəticə sayır
- 22 Fev 2023 15:45
- 365
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında evdə "Napoli"yə 0:2-ə uduzan "Anderlext"in baş məşqçisi Oliver Qlasner məğlubiyyəti şərh edib.
Rekord.az xəbər verir ki, o, daha böyük hesabla məğlub olmaq təhlükəsi ilə üzləşdiklərini bildirib: "Rəqib ilk 20-25 dəqiqəni çox yaxşı keçirdi. Bunun nəticəsində qol vurdular. Biz isə həmin anlarda çoxlu səhvlərə yol verdik. Sonradan 10 nəfərlə qalmaq da işimizi çətinləşdirdi. Bütün bunları nəzərə alsaq, 0:2 elə də pis nəticə sayıla bilməz. Çünki daha böyük hesabla uduza bilərdik. Şansımız azdır, amma hələ də var. Sadəcə, daha az səhv etməliyik. Səfərə turist kimi getməyəcəyik. İlk qolu vura bilsək, rəqibi əsəbləşdirə və özündən çıxarda bilərik".