
“Ayaks” yeni baş məşqçisini təqdim etdi
- 22 İyn 2022 17:45
- 445
Niderlandın “Ayaks” klubu yeni baş məşqçisini təqdim edib.
Rekord.az Amsterdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Alfred Şröderlə 2+1 illik müqavilə imzalanıb.
Son klubu Belçika "Brügge"si olan Alfred Şröder 2018/19 mövsümündə "Ayaks"da köməkçi məşqçi işləyib. O, bu postda İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi təyin olunan Erik ten Haqı əvəz edib.