
"Ayaks" bu məşqçiyə tapşırıldı
- 14 İyn 2023 14:41
- 313
"Ayaks"ın yeni baş məşqçisi məlum olub.
Rekord.az xəbər verir ki, Amsterdam təmsilçisinin sükanı Moris Steynə tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilə 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Steyn bu vəzifədə bir müddət əvvəl klubdan ayrılan Con Heytinqanı əvəzləyib.
Moris son olaraq "Sparta"da (Rotterdam) işləyib.