I Divizion təmsilçisi “Zaqatala” heyətini daha bir futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, bir müddət bundan qabaq klubu tərk edərək Avstriyaya yollanan Roini İsmayılov yenidən geri qayıdıb.

İsmayılov artıq “Zaqatala”nın məşqlərinə qoşulub.