Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun oyunlarından sonra turnirdə yeni rekord qeydə alınıb.

Rekord.az xəbər verir ki, dünən keçirilən 24 oyunda ümumilikdə 15 penalti qərarı verilib. Bu isə turnirin tarixində yeni rekorddur.

Qeyd edək ki, ötən gün baş tutan oyunlarda ən çox penalti Avstriya "Volfsberq"inin Niderlandda "Feyenoord"u 1:4 hesabı ilə məğlub etdiyi görüşdə qeydə alınıb. Avstriya təmsilçisi 3 penaltini dəqiq yerinə yetirib.

Daha əvvəlki ən yüksək göstərici 10 penalti idi.