
Avropa çempionatının biletləri satışa çıxarıldı
- 27 Noy 2021 16:30
- 476
2022-ci il yanvarın 19-dan fevralın 6-dək keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına bilet satışına başlanılıb.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin də iştirakçısı olacağı qrup oyunlarını izləmək istəyənlər 15 avrolarından keçməli olacaq.
Elə 1/4 final görüşlərinin qiyməti də bu qədərdir. Yarımfinal matçlarına biletlərin satış qiyməti 20 avro, final və 3-cü yer uğrunda qarşılaşmanın dəyəri isə 25 avrodur.
D qrupunda yer alan Azərbaycan millisi yanvarın 22-də Gürcüstan, 26-da İspaniya, 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq. Komandamız qrupdakı ilk iki oyunu Qroningendəki “Martina Plaza”da, son matçını isə Amsterdamdakı “Ziggo Dome”də keçirəcək.