10-21 noyabr tarixlərində Monteneqronun Budva şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatı keçiriləcək.

Rekord.az xəbər verir ki, mötəbər yarışda iştirak edəcək Azərbaycanın yığma komandalarının heyəti müəyyənləşib.

Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyətinə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov, Rauf Məmmədov və Vasif Durarbəyli daxil edilib. Şahmatçı Qədir Hüseynov qitə çempionatına kapitan qismində yollanacaq.

Qadın şahmatçılardan ibarət milliyə isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət olunub. Qadın yığmasının kapitanı Mixail Şereşevski ilə Yevgeni Tomaşevski olacaq.