UEFA Avropa Liqasında həftənin futbolçusu adına namizədlərin adını açıqlayıb.

Rekord.az xəbər verir ki, qrup mərhələsində ilk turun ən yaxşı oyunçusu adına 4 namizəd var.

Bunlar İtaliya "Latsio"sundan Matias Vesino, Macarıstan "Ferentsvaroş"undan Tokmak Nquen, İngiltərə "Arsenal"ından Markinyos və İspaniya "Betis"indən Villian Jozedir.

Həftənin futbolçusu UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.