
Avroliqa: “Qarabağ” ən yaxşı 10 komandadan biridir
- 13 Sen 2022 18:44
- 425
Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların adları açıqlanıb.
Rekord.az yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk “10-luq”da Azərbaycan təmsilçisi “Qarabağ” da yer alıb.
Siyahı yerli çempionatlar və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. “Köhlən atlar” keçirdiyi son 5 qarşılaşmanın 4-də qələbə qazanıb, 1-də isə məğlub olub.
“Qarabağ” sentyabrın 15-də Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Nant”ı qəbul edəcək.