Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib.

Rekord.az xəbər verir ki, ilk turun bütün oyunları eyni gündə keçirilib. Görüşlərin yarısı Bakı vaxtı ilə saat 20:45-də, qalanları isə 23:00-da başlayıb.

G qrupunda yer alan Azərbaycan çempionu “Qarabağ” Almaniyada “Frayburq”un qonağı olub və 1:2 hesabıyla uduzub. Bu qrupun digər matçında “Nant” Fransada Yunanıstan “Olimpiakos”unu 2:1 hesabıyla məğlub edib.

Türkiyə klublarından “Fənərbaxça” Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edib. Üç qolun qeydə alındığı matçda İstanbul təmsilçisi qələbə qazanıb. “Trabzonspor” isə Macarıstanda “Ferentsvaroş”la üz-üzə gəlib və məğlubiyyətə üzülüb.

Avropa Liqası
Qrup mərhələsi, 1-ci tur

8 sentyabr

A qrupu

Sürix (İsveçrə) – Arsenal (İngiltərə) 1:2
Qol: Kryeziu, 44 – Markinyos, 16. Nketia, 62.

PSV (Niderland) – Bodo Qlimt (Norveç) 1:1
Qol: Qakpo, 62 – Qronbaek, 44.

B qrupu

AEK (Larnaka, Kipr) – Renn (Fransa) 1:2
Qol: Oyer, 33 – Teate, 29. Assiqnon, 90+4.

Fənərbaxça (Türkiyə) – Dinamo (Kiyev, Ukrayna) 2:1
Qol: Q.Enrike, 35. Batşuayi, 90+2 – Tsiqankov, 63.

C qrupu

Ludoqorets (Bolqarıstan) – Roma (İtaliya) 2:1
Qol: Kauli, 72. Nonato, 88 – Şomurodov, 86.

HJK (Finlandiya) – Betis (İspaniya) 0:2
Qol: V.Xose, 45+3; 63.

D qrupu

Malmö (İsveç) – Braqa (Portuqaliya) 0:2
Qol: B.Rodriqes, 30. Horta, 70.

Union Berlin (Almaniya) – Yunion (Belçika) 0:1
Qol: Linen, 39.

E qrupu

Mançester Yunayted (İngiltərə) – Real Sosyedad (İspaniya) 0:1
Qol: B.Mendes, 59.

Omoniya (Kipr) – Şerif (Moldova) 0:3
Qol: Akanbi, 2. Atiemven, 54. Diop, 76.

F qrupu

Latsio (İtaliya) – Feyenoord (Niderland) 4:2
Qol: L.Alberto, 4. F.Anderson, 15. Vesino, 28; 63 – S.Ximenes, 69; 88.

Şturm (Avstriya) – Midtyulland (Danimarka) 1:0
Qol: Emeqa, 8.

G qrupu

Frayburq (Almaniya) – Qarabağ (Azərbaycan) 2:1
Qol: V.Qrifo, 7-pen. R.Doan, 15 – M.Veşoviç, 39.

Nant (Fransa) – Olimpiakos (Yunanıstan) 2:1
Qol: M.Məhəmməd, 32. Gessand, 90+3 – Mutussami, 50-öz qapısına.

H qrupu

Srvena Zvezda (Serbiya) – Monako (Fransa) 0:1
Qol: Mbolo, 74-pen.

Ferentsvaroş (Macarıstan) – Trabzonspor (Türkiyə) 3:2
Qol: Nquen, 5; 44. Traore, 29 – M.Qomes, 39. U.Bozok, 71.