
Avroliqa: “Arsenal” - PSV matçı təxirə salındı
- 12 Sen 2022 21:00
- 408
Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində İngiltərədə “Arsenal” və Niderlandın PSV komandaları arasında keçirilməli olan oyun təxirə salınıb.
Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna Böyük Britaniya kraliçası II Elizabetin vəfat etməsi səbəb olub.
Avropa futbol qurumu matçın təşkilində ciddi məhdudiyyətlər olduğu üçün belə qərar qəbul etmək məcburiyyətində qalıb.
Xatırladaq ki, bu qarşılaşma sentyabrın 15-də keçirilməli idi.
Bukingem Sarayı sentyabrın 8-də Böyük Britaniya kraliçasının 96 yaşında vəfat etdiyini elan edib.