AVRO-2023: Millimiz son oyunda uduzdu
- 24 Avq 2023 00:20
- 515
Qadın voleybolçulardan ibarət millimiz Avropa çempionatında son qrup oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, C qrupunda yer alan komandamız İsveçlə üz-üzə gəlib.
Növbəti mərhələyə yüksəlmək baxımından hər iki tərəf üçün mühüm olan görüş gərginliyi ilə yadda qalıb. Təəssüf ki, bu vacib matçda ciddi səhvlər edən komandamız 1:3 hesabı ilə məğlub olub.
Bununla da millimizin qrupdan çıxıb-çıxmayacağı sabah baş tutacaq Çexiya-İsveç qarşılaşmasının nəticəsindən asılı olacaq. Belə ki, bizim mərhələ adlamağımız üçün mütləq İsveç bu görüşdə 3 xalla qalib gəlməlidir. Çexiya isə bir xal qazanacağı təqdirdə qrupdan çıxacaq və yığmamız mübarizəni dayandıracaq.
Avropa çempionatı
C qrupu
İsveç-Azərbaycan 3:1 (25:17, 17:25, 25:21, 25:18)