
Atsunun zəlzələdə öldüyü rəsmən təsdiqləndi
- 18 Fev 2023 11:30
- 389
Türkiyənin “Hatayspor” klubunun hücumçusu Kristian Atsu qardaş ölkədəki dəhşətli zəlzələ nəticəsində dünyasını dəyişib.
Rekord.az xəbər verir ki, bu barədə qanalı futbolçunun agenti Murat Uzunmehmet açıqlama verib.
O, 31 yaşlı vingerin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib.
Xatırladaq ki, fevralın 6-da baş verən zəlzələdən sonra Kristian Atsunun dağıntılar altında qaldığı, daha sonra onun yaralı halda tapıldığı açıqlanmışdı. Lakin sonradan bu məlumat təsdiqini tapmamışdı.
Xatırladaq ki, Kristian Atsu karyerası ərzində Portuqaliyanın "Portu", İngiltərənin "Çelsi", "Everton" və "Nyukasl" kimi klublarında da çıxış edib. Qanalı futbolçu ölkəsinin yığmasında da 65 oyuna 9 qol vurub.