İspaniyanın “Atletiko” klubunun daha bir hücumçusu sıradan çıxıb.
 
Rekord.az xəbər verir ki, paytaxt klubunun futbolçusu Anxel Korrea zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Korrea çərşənbə axşamı keçirilən məşqdə sol ayağından zədələnib. Onun sağalacağı vaxtla bağlı açıqlama verilməyib.
 
Daha əvvəl “Atletiko”da başqa bir futbolçu – Joao Feliks də zədələnmişdi.