
“Atletiko”da italiyalı hücumçu
- 12 Avq 2025 14:00
- 101
"Atletiko" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Madrid təmsilçisi "Napoli"dən Cakomo Raspadorini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliya millisinin üzvü üçün "Napoli"yə 22+4 milyon avro təzminat ödəniləcək. 25 yaşlı hücumçu ilə 2030-cu ilin yayına kimi müqavilə imzalanıb.
2022-ci ilin yayından "Napoli"də çıxış edən Raspadori ötən mövsüm 29 rəsmi matçda 6 qol vurub və 2 məhssuldar ötürmə edib. O, daha öncə “Sassuolo”da da forma geyinib.