Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçiriləcək.


Rekord.az xəbər verir ki, "Atletiko" Madriddə İngiltərənin "Arsenal" klubu ilə qarşılaşacaq.


Görüş "Metropolitano" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Matçı niderlandlı Denni Makkeli idarə edəcək.


Tərəflər arasında cavab görüşü mayın 5-də olacaq.


Xatırladaq ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ Fransada Almaniya çempionu "Bavariya"nı 5:4 hesabı ilə üstələyib.