
“Atletiko” 16 ildən sonra La Liqanın açılış matçında uduzdu
- 13:20
- 39
İspaniyanın "Atletiko" komandası 16 ildən sonra La Liqanın açılış matçında məğlub olub.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisinin uğurlu seriyasına ötən gün "Espanyol"la matçda son qoyulub.
Madrid klubu son olaraq 2009-cu ildə, çempionatın I turunda "Malaqa"ya uduzub - 0:3.
Qeyd edək ki, "Atletiko" səfərdə gerçəkləşən oyunda "Espanyol"a 1:2 hesabı ilə uduzub.