“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
- 02:01
- 36
Avropa Liqasının 1/8 final mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, “Aston Villa” səfərdə “Lill”ə qalib gəlibsə, İngiltərənin digər təmsilçisi “Nottingem Forest” evdə “Midtyulland”a uduzub.
“Ştutqart” evdə “Portu”ya boyun əyib. Almaniyanın digər təmsilçisi “Frayburq” da səfərdə “Genk”ə məğlub olub.
İtaliya təmsilçiləri “Bolonya” və “Roma”nın ilk görüşündə isə qalib müəyyənləşməyib.
Avropa Liqası
1/8 finalın ilk oyunları
12 mart
Lill (Fransa) – Aston Villa (İngiltərə) 0:1
Qol: O.Uoktins, 61.
Ştutqart (Almaniya) – Portu (Portuqaliya) 1:2
Qollar: Undav, 40 – Moffi, 21. Mora, 27.
Bolonya (İtaliya) – Roma (İtaliya) 1:1
Qollar: Bernardeski, 50 – Pelleqrini, 71.
Panatinaikos (Yunanıstan) – Betis (İspaniya) 1:0
Qol: Taborda, 88-pen.
Selta (İspaniya) – Olimpik (Lion, Fransa) 1:1
Qollar: Rueda, 25 – Endrik, 87.
Nottingem Forest (İngiltərə) – Midtyulland (Danimarka) 0:1
Qol: Ço, 80.
Genk (Belçika) – Frayburq (Almaniya) 1:0
Qol: Əl-Uahdi, 24.
Ferentsvaroş (Macarıstan) – Braqa (Portuqaliya) 2:0
Qollar: Kaniçovski, 32. Jozef, 69.