Gürcüstanın Kutaisi şəhərində keçirilən yeniyetmə boksçular arasında Beynəlxalq turnirdə 5 ölkənin idmançıları qüvvəsini sınayıb.

Rekord.az xəbər verir ki, Azərbaycan, Gürcüstan, Özbəkistan, İsrail və Latviya millilərinin də qatıldığı yarışı Azərbaycan yığması 3 qızıl, 2 gümüş və 8 bürünc medalla bitirib.

Astara Boks Mərkəzinin baş məşqçisi Ayaz Baxşiyevin yetirməsi Bilalhəbəşi Nəzərov (46 kq) Azərbaycan Milli komandasının heyətində (baş məşqçi Vaqif Kazımov və məşqçi Teymur Məmmədovun rəhbərliyi ilə ) bütün döyüşlərdə rəqiblərinə tam üstünlüklə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və turnirin qızıl medalını qazanmışdır.