
"Astana"dan yeni transfer
- 31 Mar 2023 16:43
- 419
Qazaxıstanın "Astana" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, klub 25 yaşlı serbiyalı yarımmüdafiəçi İqor İvanoviçlə müqavilə imzalayıb.
İvanoviç buna qədər Serbiyanın "Yaqodina" və Belarusun "Şaxtyor Soliqorsk" klublarında üst-üstə 88 oyuna çıxıb, 17 qol vurub və 15 məhsuldar ötürmə verib.