
ASTA Mingəçevirdə otel tikəcək
- 09 Avq 2025 15:00
- 192
"Mingəçevir"i sponsorluğa götürən ASTA bir sıra işlər həyata keçirəcək ki, burada infrastrukturla bağlı məsələlər xüsusi yer tutacaq.
Rekord.az xəbər verir ki, əsas stadion təmir olunacaq, ehtiyat meydançanın tamaşaçı tutumu artırılacaq.
Bundan başqa, klubun akademiyası üçün stadion ərazisində otel də tikiləcək. 4 mərtəbəli oteldə ölkənin digər bölgələrindən "Mingəçevir"ə cəlb olunacaq uşaqlar yerləşdiriləcək.