Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) yenidən "Səbail"in əsas sponsoru ola bilər.

Rekord.az xəbər verir ki, Bayıl təmsilçisi I Liqaya düşəndən sonra sözügedən qurum da sponsorluqdan imtina etmişdi.

"Səbail" hazırda sırf AFFA-dan gələcək 300 minə gözünü dikib. Lakin aldığımız son məlumata görə, yaxın günlərdə klub rəhbəriliyi ASCO-nun rəhbəri Rauf Vəliyevlə görüşməyi planlaşdırır. Ehtimal var ki, həmin görüşdən sonra Rauf bəy komandaya yenidən sponsorluq etməyə qərar versin.