Sloveniyanın Koper Elm və Tədqiqat Mərkəzinin direktoru professor Rado Pişot bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) rektor Fuad Hacıyev, Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektor Təhminə Tağı-zadə və akademik heyətlə görüşüb.

Rekord.az xəbər verir ki, görüş zamanı Azərbaycanda qış idman növlərinin inkişafı və bu sahədə ixtisaslı  mütəxəssislərin hazırlanması üzrə əməkdaşlıq imkanları, müvafiq tədris planının hazırlanması və bu prosesdə Sloveniya və digər Avropa ölkələrinin təcrübəsindən istifadə imkanları geniş müzakirə olunub.

Qeyd edək ki, inkişaf etməkdə olan bu sahə üzrə  kadr hazırlığını beynəlxalq standartlara və tələblərə uyğun şəkildə aparmaq üçün ASAPES əcnəbi mütəxəssislərin cəlb olunması istiqamətində fəaliyyətini davam etdirəcək.