İngiltərənin "Arsenal" klubunun müdafiəçisi Rikkardo Kalafyori və hücumçusu Kay Havertz zədələrini sağaldaraq kollektiv məşqlərə qatılıblar.


Rekord.az xəbər verir ki, futbolçular mövsümöncəsi son yoldaşlıq matçı ərəfəsində sıraya dönüblər.


Havertz 2024/2026 mövsümündə meydana çıxdığı 36 matçda 15 qola, 3 məhsuldar ötürməyə imza atıb. 23 yaşlı müdafiəçi isə 29 görüşdə 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub.