
"Arsenal" ona həftəlik 230 min maaş təklif edir
- 06 Okt 2022 20:00
- 425
“Arsenal” yarımmüdafiəçisi Bukayo Saka ilə yeni müqavilə imzalamaq istəyir.
Rekord.az xəbər verir ki, “topçular” ona həftəlik 230 min avro maaşla müqavilə təklif etmək niyyətindədir.
21 yaşlı ingilis futbolçu baş məşqçi Mikel Arteta üçün də vacib oyunçudur.
Saka 7 yaşından “Arsenal”da oynayır. Yarımmüdafiəçi bu mövsüm Premyer Liqa və Avropa Liqasında 9 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
Tərəflər arasında hazırkı müqavilənin müddəti 2024-cü ildə başa çatır.