“Arsenal” - “Çelsi” oyunu təxirə salındı
- 12 Apr 2023 18:15
- 360
İngiltərə Premyer Liqasının XXXIV turunun "Arsenal" - "Çelsi" oyunu təxirə salınıb.
Rekord.az xəbər verir ki, buna London polisinin müraciəti səbəb olub.
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Qərara əsasən, aprelin 29-da keçirilməli olan qarşılaşma mayın 2-də oynanılacaq.
“Arsenal" aprelin 26-da "Mançester Siti" ilə qarşılaşacaq. Bu isə o deməkdir ki, "topçular"ın "Çelsi" ilə görüşə hazırlaşmaq üçün 5 gün vaxtı olacaq.