
"Arsenal" bu mövqeyə futbolçu axtarır
- 05 Okt 2022 08:00
- 381
“Arsenal”ın transfer planları bəlli olub.
Rekord.az xəbər verir ki, London klubu ilk növbədə öz yetirmələri ilə müqavilələri uzatmağı planlaşdırır.
Bunlar Bukayo Saka, Qabriel Martinelli və Vilyam Salibadır. Qış transfer pəncərəsində mərkəz yarımmüdafiəçisinin alınması da nəzərdə tutulub.
Qeyd edək ki, 8 oyunda 21 xal toplayan “Arsenal” Premyer Liqanın lideridir.