Astara rayon Gənclər və İdman İdarəsində Armrestlinq üzrə Respublika turnirlərində yüksək nəticələr qazanmış idmançılarla görüş keçirilib.

Rekord.az xəbər verir ki, 4 iyun 2023-cü il tarixdə Bakı şəhərində Fred İdman Klubunda keçirilən Azərbaycan Armrestlinq Liqasının təşkilatçılığı ilə Top 8 Seçim turunda Cabir Mirzəzadə (70 kq) II yeri, Əli Qəmbərov (67 kq) III yeri , 24 iyun 2023-cü il tarixdə Bakı şəhərində Fred İdman Klubunda keçirilən həvəskarlar arası turnirdə Ağazadə Kazım (67 kq) II yeri, Əli Qəmbərov ( 67 kq) III yeri qazanıb.

Görüşdə Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov tərəfindən idmançılar təbrik olunmuş və onlara yeni uğurlar arzulayıb. Yekunda xatirə şəkili çəkilib.