
Argentinalı futbolçu “Borussiya”da
- 17:30
- 37
Dortmund “Borussiya”sı müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi “Çelsi”dən Aaron Anselminonu icarəyə götürüb.
20 yaşlı argentinalı müdafiəçi 2025/26 mövsümünü “Borussiya”nın heyətində keçirəcək.
“Borussiya” ötən gün “Çelsi”dən Karni Çukvuemekanı da transfer edib.