“Qalatasaray” yeni transferi Arda Turanın müqavilə detallarını açıqlayıb.

Rekord.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik sözləşmə imzalanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İstanbul təmsilçisi 2020/21 mövsümündə Ardaya 4 milyon TL məvacib verəcək. Təcrübəli futbolçu bu müddətdə Avropa Liqası və Super Liqada oyunların yarısından çoxunda start heyətdə meydana çıxsa, müqaviləsi avtomatik olaraq daha bir il uzadılacaq. Bu baş versə, o, 2021/22 mövsümündə 5 milyon TL məvacib alacaq.

Xatırladaq ki, “Atletiko” və “Barselona”da da çıxış etmiş Arda “Qalatasaray”ın yetirməsidir. O, 2004-2011-ci illərdə İstanbul təmsilçisində oynayıb. Təcrübəli yarımmüdafiəçi 2018-ci ildən “Başakşəhər”də çıxış edirdi.