Türkiyə millisinin və “Qalatasaray”ın keçmiş futbolçusu Arda Turan məşqçiliyə başlayıb.

Rekord.az xəbər verir ki, 36 yaşlı keçmiş futbolçu 1-ci liqada çıxış edən “Eyüpspor”un “sükanı arxasına” keçib.

Arda Turan futbolçu karyerasını ötən il başa vurub. O, Türkiyədə “Manisaspor” və “Başakşəhər”, İspaniyada isə “Atletiko” (Madrid) və “Barselona” klublarının uğurları üçün çalışıb.