
"Araz Naxçıvan"a qarşı yaradılan süni maneə
- 13 İyn 2023 15:00
- 815
I Divizionun son qalibi "Araz Naxçıvan" Premyer Liqaya vəsiqə qazansa da ciddi maneə ilə üzləşib.
Rekord.az-a daxil olan məlumata görə, AFFA Naxçıvan təmsilçisinin infrastruktur problemini qabardaraq Naxçıvanda oynamasına icazə vermək istəmir.
Federasiya istəyir ki, "Araz Naxçıvan"ın əsas komandası da bir müddət Bakıda məskunlaşsın. Tək meydançanın durum yox, işıqlandırma və tablo da bəhanə gətirilir
Qeyd edək ki, Naxçıvan təmsilçisinin əvəzedici komandasının ev oyunlarını Bakıda keçirəcəyi dəqiqıəşib.