
“Araz-Naxçıvan” Qəbələdə toplanış keçirəcək
- 21 İyl 2023 20:30
- 363
Hazırlığın birinci mərhələsini Bakıda reallaşdıran “Araz-Naxçıvan” təlim-məşq toplanışı keçirmək üçün sabah Qəbələyə yola düşəcək.
Rekord.az xəbər verir ki, iyulun 30-dək Qəbələdəki “Gilan” hoteldə məskunlaşacaq komanda hazırlıq müddətində bir yoldaşlıq oyununda gücünü sınayacaq.
Oyunun tarixi və sparrinq-rəqib barədə əlavə məlumat veriləcək.